Müştərimizin vergi borcunu 132446 AZN necə azaltdıq?
Müştərimiz Bakıda fəaliyyət göstərən topdansatış distribusiya şirkəti idi. Onlar ölkəyə müxtəlif istehlak malları idxal edir, 40-a yaxın satış nöqtəsi ilə işləyirdilər.
2024-cü ilin əvvəllərində müəssisə bizə müraciət etdi — əsas problem isə çox ciddi idi: “Vergilər tərəfindən hesablanan borc 178 000 AZN göstərilir. Bu məbləği ödəməyə məcburuqmu?”
Biz dərhal vergi uyğunluğu auditinə başladıq və 3 ay içində bu borcu cəmi 45 554 AZN-ə endirməyi bacardıq. Yəni 132 446 AZN real qənaət.
Problemin kökündə nə var idi? Əvvəlki mühasib 3 əsas səhvə yol vermişdi: 1. Uyğunsuz gəlir uçotu 12 ayın P&L analizi zamanı gördük ki:
Uzun müddət satılmayan məhsullar gəlir kimi qeydə alınmışdı
Konsiqnasiya məhsulların uçotu səhv aparılmışdı
3 ayrı satış kanalından gələn məlumatlar uyğunlaşdırılmamışdı
➡️ Nəticə: Vergilər gəliri artırılmış formada hesablamışdı.
Xərclərin tanınması düzgün aparılmamışdı 153 000 AZN-lik xərclərin sənədləşməsi düzgün olmadığı üçün sistemdə tanınmırdı:
Marketinq xidmətləri → 27 400 AZN
Logistika → 46 000 AZN
Köhnə avadanlıq amortizasiyası → 18 600 AZN
Təchizat xərcləri → 61 000 AZN
➡️ Bu xərclər tanınmadığına görə şirkətin vergi yükü süni şəkildə şişmişdi.
ƏDV və mənfəət vergisi hesablamalarında uyğunsuzluqlarƏDV üzrə 5 aydan çox dövrdə:
alış-satış uyğunlaşması verilməmiş
ƏDV çıxılacaq məbləğ yanlış hesablanmış
“Zero-rated” əməliyyatlar sadəcə unudulmuşdu
➡️ ƏDV borcu 78 000 AZN-ə qədər yüksəlmişdi.
2. Biz nə etdik? — 3 mərhələli tam audit və düzəliş planı Mərhələ 1: 12 aylıq geriyə dönük audit -1 400+ əməliyyat yenidən yoxlanıldı -Xərclər və gəlirlər balanslaşdırıldı -78 000 AZN ƏDV uyğunsuzluğu düzəldildi -Konsiqnasiya və retunr əməliyyatları yenidən hesablancıdı
Mərhələ 2: Vergilər üçün ilkin təqdimat Biz rəsmi şəkildə: -düzəliş aktları -əsaslandırıcı sənədlər -müqayisəli cədvəllər -alternativ P&L modeli -ƏDV reconciliation faylı hazırladıq və auditorlarla birgə təqdim etdik.
Mərhələ 3: Danışıqlar və optimallaşdırma Vergilər strukturu ilə 2 görüş keçirildi və təqdim etdiyimiz analitika nəticəsində: -132 446 AZN-lik məbləğ borcdan silindi -4 800 AZN cərimə tam ləğv edildi -Şirkət yalnız 45 554 AZN ödəməklə məsələni bağladı -Gələcək üçün Compliance Plan quruldu
Göstərici
Əvvəl
Sonra
Vergi borcu
178 000 AZN
45 554 AZN
ƏDV uyğunsuzluğu
78 000 AZN
0 AZN
Tanınmamış xərclər
153 000 AZN
tam tanındı
Şirkətin cashflow-u
davamlı mənfi
stabil + müsbət
Maliyyə idarəetməsi
passiv
proaktiv və sistemli
Bu keys göstərir ki:
doğru audit → 100 000+ AZN qənaət verə bilər
CFO analizi → vergi risklərini minimuma endirir
düzgün uçot → biznesi cərimə və sürprizlərdən qoruyur
biz sadəcə “mühasib” yox, risk-menecment partnyoru kimi işləyirik
Dekabrın sonunadək müraciət et və 30%-dək endirimdən yararlan