Aylıq 100000 AZN+ satış edən mağaza niyə gəlir qazana bilmirdi?
Müştərimiz — Bakıda fəaliyyət göstərən orta ölçülü pərakəndə geyim mağazası idi. Onlar 3 filialla işləyir və aylıq 100 000 – 120 000 AZN arası satış edirdilər.
Amma paradoks belə idi: dövriyyə yüksək idi, amma kassada pul qalmırdı.
Sahibkarın sualı tam olaraq belə idi: “Bu qədər satırıq, bəs mənfəət hara gedir?”
Bu problem bizi 2024-cü ilin ortalarında şirkətə cəlb etdi.
1. İlk təhlil – real mənfəət sıfıra yaxın idi12 aylıq hesabatı analiz etdikdən sonra görünən mənzərə belə idi:
  • Aylıq satış: 100 000 – 120 000 AZN
  • Aylıq xərclər: 97 000 – 115 000 AZN
  • Orta real mənfəət: 1–3% → faktiki olaraq gəlirsiz iş modeli
  • Əsas problem dövriyyənin çoxluğu yox, idarəetmənin zəifliyi idi.
2. Niyə belə olurdu?
Biz 3 əsas problemi aşkarladıq
Problem 1: Marja düzgün hesablanmırdı
Satılan 210 məhsulun 40-dan çoxunda marja 10%-dən aşağı idi.
Hətta bəzi populyar məhsullarda marja 5–6% idi — yəni bahalı məhsullar “müştəri gətirirdi”, amma pul qazandırmırdı.
Həll: Yenidən qiymətlendirmə + marja optimallaşdırması.
Nəticə: orta marja 18%-dən 26%-ya yüksəldi.
  • Problem 2: Xərclər şişmişdi, xüsusilə əmək haqqı və inventar
  • İşçi xərcinin payı satışın 28%-ni təşkil edirdi (norma ~18–20%).
  • Aylıq inventar itkisi və düzgün olmayan sayım → 1 500–2 000 AZN itki.
  • Brend olmayan məhsullara yüksək alış qiyməti → 12 ayda 20 000+ AZN əlavə xərc.
➡️ Həll:
– iş qrafiki yenidən quruldu,
– KPI sistemi tətbiq edildi,
– satınalma təchizatçılarla yenidən danışıqlarla optimallaşdırıldı.
Nəticə: aylıq əmək haqqı yükü 4 000 AZN azaldıldı.
Problem 3: Cashflow idarə olunmurdu
Satış yüksək olsa da:
  • 30–45 günlük təchizat borcları
  • planlaşdırılmamış illik ödənişlər
  • kredit kartı və taksit komissiyaları
→ Ay sonunda kassada pul qalmırdı.
➡️ Həll: 3 aylıq cashflow proqnozu, kredit ödənişlərinin optimallaşdırılması, komissiya analizləri.
Nəticə: 2-ci aydan etibarən hər ayın sonunda 10 000 – 15 000 AZN sərbəst vəsait qalmağa başladı.
45 günlük transformasiya – nəticə
Biznesə tətbiq etdiyimiz planın nəticələri:
Orta aylıq xalis mənfəət 1–3%-dən 12%-ə qalxdı
Aylıq xərclərdə 11 000 AZN optimallaşdırma edildi
Marja 8%-lik artımla stabilləşdi
Kassada hər ay sabit 10 000+ AZN qalmağa başladı
Sahibkarın dediyi kimi:
“Əvvəllər sadəcə çox satırdıq. İndi isə nəyi niyə qazandığımızı dəqiq bilirik.”
Dekabrın sonunadək müraciət et və 30%-dək endirimdən yararlan
Məxfilik qorunur
Made on
Tilda